Oğuzda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş voleybol turniri başa çatdı - Fotolar

oguzda-heyder-eliyevin-100-illiyine-hesr-edilmis-voleybol-turniri-basa-catdi
Oxunma sayı: 1598

10 may 2023 -cü il tarixdə Oğuz Rayon Olimpiya İdman Kompleksində  Oğuz Rayon İcra hakimiyyəti, YAP Oğuz rayon təşkilatının təşkilatı dəstəyi və “Rövşən Oğuz Qrup” MMC-nin sponsorluğu ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə rayonun idarə, müəssisə ,inzibati ərazi dairələri komandaları arasında 01 may 2023 -il tarixdən start verilmiş böyüklər arasında voleybol turnirinin final oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən final oyunda “Qalakənd” komandası qalib adını qazanıb.

Turnirin bağlanış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon voleybol federasiyasının sədri, “Rövşən Oğuz Qrup” MMC-nin direktoru Hafiz Mustafayev, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri, çoxsaylı azarkeşlər iştirak edib.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək turnirin qalib kamandalarını təbrik edib. Turnirin sponsoru, Oğuz Rayon Voleybol Federasiyasının sədri Hafiz Mustafayev maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə iştirak edən idmançılara, hakimlərə, azarkeşlərə təşəkkürünü bildirib.

Turnirdə I, II, III yer tutan komandalar təşkilatçılar tərəfindən kubok, medallarlar, diplom və pul mükafatı ilə təltif olunublar.