Oğuzda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

oguzda-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 2696

Oğuzda iki avtomobil toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Cavanşir küçəsində baş verib.

Hadisə nəticəsində Şəki rayonu Baş Zəyzid kənd sakinləri, 1966-cı il təvəllüdlü Eldar Mürsəl oğlu Cəlilov və 1992-ci il təvəllüdlü Rövşən Kamal oğlu İbadov müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov