Oğuzda iki maşın toqquşdu, üç nəfər yaralandı

oguzda-iki-masin-toqqusdu-uc-nefer-yaralandi
Oxunma sayı: 1230

Oğuzda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun  Oğuz rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ-21015" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21011"in sürücüsü və digər maşında olan 2 sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan "Jiquli"nin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov