Oğuzda meşədə baş verən yanğın söndürüldü - Yenilənib

oguzda-mesede-bas-veren-yangin-sonduruldu
Oxunma sayı: 1908

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Oğuzda meşə zolağında baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, 2 ha ərazidə kol-kos və ağaclar yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.