Oğuzda meşədəki yanğın söndürüldü - Yenilənib

oguzda-mesedeki-yangin-sonduruldu
Oxunma sayı: 2020

Oğuzda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.​

"Qafqazinfo"nun məlumatına görə, yanğın bu gün rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığındakı bələdiyyələrə aid olan meşəlik ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Məlumata görə, yanğın hələ də davam edir.

***

FHN-in məlumatına görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

FHN-dən verilən məlumata görə, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0.5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğın saat 18:48 dəqiqədə FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mübariz Muradov