“Oğuzun Baş Daşağıl kəndində meşələrin qırılması ilə bağlı şikayət əsassızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.
O qeyd edib ki, bununla bağlı nazirliyə keçən həftə məlumat daxil olub. Araşdırma zamanı həmin ərazinin 2019-cu ildə 15 il müddətinə aqrobağ salınması üçün Şərifli Nahid Zahid oğluna istifadəyə verildiyi ortaya çıxıb.
Hazırda həmin ərazi kol-kosdan təmizlənir: “Araşdırma apardıq, məlum oldu ki, keçən il həmin ərazidə hansı ağaclar var idisə, indi də həmin vəziyyətdir. Ərazidə fındıq bağı salınacaq və heç bir qanunsuz fəaliyyət yoxdur”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər