Oğuzda yanğınla müşayiət olunan yol qəzası baş verib.
“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, rayonun Bucaq kəndində “Opel” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.
Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər