Oğuz Rayon İcra Hakimiyyətinin və Voleybol Federasiyasının Oğuz Rayon Nümayəndəliyinin təşkilati dəstəyi ilə 8-9-10 may tarixlərdə Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol idman növü üzrə böyüklər arasında rayon çempionatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yarışda rayonun altı ərazi inzibati vahidinin komandası iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri eləcə də digər iştirakçıları Oğuz Rayon Cənclər və İdman İdarəsinin diplomları və rayon voleybol federasiyasının sədri, iş adamı Hafiz Mustafayev tərəfindən pul mükafatı ilə təltif olunublar.





Son xəbərlər
Son Xəbərlər