Oğuzda yanğın olub - Foto

oguzda-yangin-olub
Oxunma sayı: 2697

Oğuz rayonun dağlıq-meşəlik ərazisində yanğın başlayıb. 

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.

**

Oğuz rayonunun Xaçmaz kəndində çaykənarı ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.