Oğuzda yelləncək azyaşlının ölümünə səbəb oldu

oguzda-yellencek-azyaslinin-olumune-sebeb-oldu
Oxunma sayı: 4866

Oğuzda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.

Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov