Oğuzda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı yolunda, Oğuzun Kərimli kəndi ərazisində qeydə alınıb.
Avtoqəza nəticəsində Oğuz rayon Sincan kənd sakinləri 1962-ci il təvəllüdlü Əzimov Bayram Vəliyyədin oğlu və 1991-ci il təvəllüdlü Əzimov Sakit Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər