Oğuzda yük kranı aşdı, sürücü yaralandı

Oğuzda yük kranı aşdı, sürücü yaralandı
Oxunma sayı: 508

Oğuzda qaldırıcı kranın aşması sürücünün yaralanması ilə nəticələnib.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndi ərazisində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi "Kamaz" markalı kranın aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan 64 yaşlı Z.Otaraşviliyə ilkin yardım göstərilib, müayinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi