Oğuzda yük maşını aşdı, yaralılar var

oguzda-yuk-masini-asdi-yaralilar-var
Oxunma sayı: 1515

Oğuz rayonunda yük avtomobili aşıb və iki nəfər xəsarət alıb.

"Qafqazinfo" nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisində baş verib.

Həmin kəndin sakini, "QAZ-53" markalı yük avtomobilinin sürücüsü Altay Xanbala oğlu Həsənov idarəetməni itirib və avtomobil  yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun sərnişini, Xaçmaz sakini Canpolad Nəbi oğlu Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

C. Nəbiyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov