Oğuzda zəncirvari qəza - Yaralılar var

oguzda-zencirvari-qeza
Oxunma sayı: 1589

Oğuz rayonunda zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “Toyota Prius” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov