Oğuzdakı qəzada xəsarət alanların kimliyi məlum oldu - Yenilənib

oguzdaki-qezada-xesaret-alanlarin-kimliyi-melum-oldu
Oxunma sayı: 1740

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Oğuz-Şəki avtomobil yolunun Calut kənd ərazisindən keçən hissəsində olub.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qəza zamanı xəsarət alanların şəxsiyyətləri bəlli olub.

Qəza zamanı 2 nəfər- 1997-ci il təvəllüdlü Pərviz İsayev və 1995-ci il təvəllüdlü Əli Ellazov xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mübariz Muradov