Güclü külək Oğuzda 10 000 nəfərə yaxın sakini olan kəndi işıqsız və qazsız qoyub.
“Qafqazinfo”nun məlumatına görə, dünən axşam saatlarından etibarən şimal-qərb bölgəsində davam edən güclü külək Oğuz rayonunda fəsadlar törədib.
Belə ki, rayonun ən böyük kəndi olan Xaçmaz kəndində iri gövdəli ağacların aşması nəticəsində qaz xətləri qırılıb.
Güclü külək kəndin müxtəlif ərazilərində elektrik dayaqlarını da aşırıb. Nəticədə 10 000 nəfərə yaxın əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır.
Qeyd edək ki, küləkli hava hazırda davam edir.
***
Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən “Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, ağacın aşması nəticəsində dörd dayaq zədələnib: “Əməkdaşlarımız dərhal əraziyə yollanıb. Bir saat ərzində işığın verilişi bərpa olunacaq”.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər