Ohanyan 2 milyonluq mənimsəmədə ittiham olunur

ohanyan-2-milyonluq-menimsemede-ittiham-olunur
Oxunma sayı: 940

Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” Ermənistanın Xüsusi İstintaq Xidmətinə istinadən məlumat yayıb.

İstintaq materiallarına əsasən, 10 il əvvəl nazirlik qanunun tələblərinə əməl etmədən, saxtakarlıq yolu ilə “Dzora Su Elektrik Stansiyası” QSC-ni özəlləşdirib. Bu yolla da 3,6 milyard dram pul mənimsəyib. QSC-nin həqiqi dəyəri isə 4,6 milyard dram olub. Belə olan halda dövlətə 1 milyard dramdan çox (2 milyon dollar) ziyan vurulub.