Ohanyana cinayət işi açıldı

ohanyana-cinayet-isi-acildi
Oxunma sayı: 1088

Ermənistanın sabiq müdafiə naziri, Baş Qərargahın keçmiş rəhbəri Seyran Ohanyana qarşı cinayət işi açılıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Ohanyana qarşı ittiham 2008-ci il 1 mart hadisələri ilə bağlı açılmış cinayət işi çərçivəsində qaldırılıb. 

Sabiq nazir Ermənistanın konstitusion quruluşunu devirməkdə ittiham olunur. O, məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Aysel Kərimova