Ermənistanda 1 mart 2008-ci il hadisələrinə görə aparılan istintaq çərçivəsində keçmiş müdafiə naziri Seyran Ohanyanın pensiya hesabına həbs qoyulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Pastinfo” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, ilkin araşdırma zamanı S. Ohanyanın əmlak və maliyyə aktivlərinə həbs qoymaq qərarı verilib. Bu çərçivədə onun pensiya hesabına da həbs qoyulub.
Qeyd edək ki, 2008-ci ildə seçkilərdən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini tutan Ohanyan konstitusion qaydaları devirməkdə ittiham olunur. Haqqında iki ay həbs qətimkan tədbiri seçilən eks-nazir isə ittihamları qəbuıl etmir.
Son xəbərlər
Son Xəbərlər