“OKA”dan pirotexniki vasitələr çıxdı

okadan-pirotexniki-vasiteler-cixdi
Oxunma sayı: 1853

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub.

DGK-dan “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-11113-OKA” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol “qanadlarında”, gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd “Silver Cracker” markalı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.