Okan Burukun mətbuat konfransında işıqları söndürdülər - Video

okan-burukun-metbuat-konfransinda-isiqlari-sondurduler
Oxunma sayı: 3598

Xəbər verdiyimiz kimi, Türkiyə Kubokunun 1/4 finalında keçirilən “Fənərbaxça” - “Qalatasaray” (1:2) derbisindən sonra da qalmaqallar yaşanıb.

“Qafqazinfo” “Fotomaç”a istinadən xəbər verir ki, oyundan sonra problemlər səngiməyib.

Belə ki, “Qalatasaray”ın baş məşqçisi Okan Burukun mətbuat konfransı zamanı reklam lövhəsinin işıqları söndürülüb. Mütəxəssis isə gülərək cavab verib.

Şərhlərdə işıqların bilərək söndürüldüyü bildirilir.

Görüntüləri təqdim edirik: