Okean dibində olan “Titanik”in son halı - Fotolar

Okean dibində olan “Titanik”in son halı
Oxunma sayı: 8165

107 il öncə Atlantik okeanda batan "Titanik" gəmisi əriməyə doğru gedir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, dəmir yeyən bakteriyalar faciəvi şəkildə batan nəhəng gəmini "yoxa çıxarır".

Belə ki, 14 il donsra dalğıclar okeanın 3,8 km dərinliyində olan gəmiyə rast gəliblər. Onlar gəminin yox olmağa doğru getdiyini müşahidə ediblər.

Yeni çəkilən görüntülərlə 1996-ci ildə lentə alınan fotolar müqayisə edilən zaman bu qənaətə gəlinib.

14 il ərzində "Titanik"in parçalara ayrıldığı və içindəki xəzinələrin dənizə yayıldığı müşahidə edilib.

Qeyd edək ki, "Titanik" 1912-ci ildə batıb. Faciə nəticəsində 1500-dən çox insan ölüb.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi