Oksana Elşadla barışdı? - “Dil tutulur, ürək danışır...”

oksana-elsadla-barisdi
Oxunma sayı: 5293

Rəqqasə Oksana Rəsulova keçmiş həya yoldaşı, reper Elşad Xose ilə barışması barədə yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, Oksana Elşadla 4 ildir ki, rəsmi şəkildə ayrıldığını söyləyib:

“Bir neçə gün əvvəl Elşad Xose öz səhifəsində ikimizin şəklini paylaşmışdı. Çox sorğu-suallardan sonra və saytların onun səhifəsindən şəkili götürüb “Barışdılar” yazısı yazması... Cavab verməyə söz tapmıram. Bəzən cavab vermək çox çətin olur. Dil tutulur, ürək danışır. Amma əziz dostlar, əziz jurnalistlər, sizə hörmətim böyükdür.

Sadəcə, bəzən insanı daxili ilə buraxmağınız daha yaxşı olar. Düz deyilmi? Biz artıq Elşadla 4 ildir ki, rəsmi ayrılmışıq. Uzaq olsaq da, bir-birimizdən sağlamlığımız, varlığımız, sənətimiz haqqında daim maraqlanırıq. Özünüz necə istəyirsiniz, elə də fikirləşə bilərsiniz. Bir yerdə olsaq və ya olmasaq, küsüb-barışsaq da o, öz işiylə, mən öz işimlə məşğulam. Elşad mənim üçün doğma və əziz insandır. Hər zaman elə də qalacaq”.

Qeyd edək ki, bir müddət əvvəl reper Elşad Xose instaqramda Oksana ilə fotosunu paylaşmış, cütlüyün yenidən bir araya gəlməsi barədə xəbərlər yayılmışdı.