“Oksana toy rəqqasəsidi, səhnə rəqqasəsi deyil”

oksana-toy-reqqasesidi-sehne-reqqasesi-deyil
Oxunma sayı: 1544


“Qafqazinfo”nun məlumatına görə, xoreoqraf Fətəliyevanın rəqs nömrələrinin maraqlı olduğunu, Rəsulovanın isə səhnə rəqqasəsi olmadığını bildirib: 

“İfaçılar var ki, onlara hər zaman kömək etməyə çalışıram. Müasir dövrdə maraqlı iş görmək lazımdır. Müasir xareoqrafiya rəqsləri olmalıdır. Maraqlı musiqi materialları və müsasir mövzular olmalıdır. Mən onların içində bir tək Fatimə Fətəliyevanın adını çəkə bilərəm. Sənət dostluğumuz var. Mən onun rəqslərini hazırlamaqda yardım edirəm. Forma və məzmun baxımından Fatimənin rəqs nömrələri maraqlıdır. Oksana Rəsulova toya gedir, səhnəyə çıxmır ki. O, səhnə rəqqasəsi deyil. O, toylarda, məclislərdə oynayır. Konkret proqramı yoxdur. Bir tək hind rəqslərini bacarır. Özünə görə də oynayır. Özünü göstərsin. Biz də görək ki, hansısa dünya xalq və Azərbaycan milli rəqslərini oynayır. Ya da ki, Qafqaz xalqlarının rəqslərini göstərsin”. 

Sənətkar hazırda peşəkar rəqs sənətində orijinal işlərin olmadığını, bütün rəqs nömrələri təkrarçılıq olduğunu qeyd edib: “Ümimi götürəndə, sənətimizdə, yeni bir proqram, xoreoqrafiya yoxdur. Yeni və orijinal işlər yoxdur. Hamısı təkrarçılıqdır. Yeni quruluşlar, bacarıqlı mütəxəssislər yoxdur. Rəqs mədəniyyətimizdə cılızlaşma gedir. Peşəkar xoreoqraf kimi məni heç kim heyran edə, maraqlı iş göstərə bilmir. Belə baxanda, bəzilərinin yaxşı və zəif nömrələri olur. Onlar məclisdə oynayan rəqqasələrdir. Fatiməni xalq sevir. O, yaxşı nömrələr göstərir, repertuarı yaxşıdır. Rəşid Behbudov adına Teatrda yaxşı proqram göstərdi. 15-ə kimi rəqslər ifa etdi. Tahir Eynullayev, İlham Kərimli ilə rəqsləri oldu. Rəqs ansamblından da uşaqlar dəvət etmişdi. Çox gözəl də konsert alındı. Fatimənin çıxışı mədəniyyətimizə uyğun bir iş idi. Onun repertuarında yəhudi, Azərbaycan xalq rəqsləri, cürbəcür estrada nömrələri var idi. Mən başqalarında onu görməmişəm. Kimsə teatrda 15 nömrə oynamayıb və bizi dəvət etməyib ki, gəlin baxın”.