Oktay Kaynarca Nigarın ifasını təriflədi

oktay-kaynarca-nigarin-ifasini-terifledi
Oxunma sayı: 2503

Türkiyənin məşhur aktyoru, “Eşkiya dünyaya hükümdar olmaz” serialının baş qəhrəmanı Oktay Kaynarca instaqramda azərbaycanlı gənc müğənninin ifasını paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, o, Nigar Məhərrəmin ifa etdiyi, vaxtı ilə Röya Ayxan və Tunar Rəhmanoğlu ilə duet oxuduğu “Həsrət nəğməsi” bəstəsini izləyiciləri ilə bölüşüb. 

Aktyor videoya “Gəlib mənə toxunmaması mümkündürmü? Yaşasın sənət” şərhini yazıb.