“Oktyabrda sülh müqaviləsi imzalanacaq?” sualına - Paşinyandan cavab

oktyabrda-sulh-muqavilesi-imzalanacaq-sualina
Oxunma sayı: 17425

“Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh müqaviləsi imzalamağı planlaşdırmır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, yox. Çünki sənədin imzalanması nəzərdə tutulsaydı, bu, o demək olardı ki, bu, maraqlar balansına hörmətlə yanaşır və biz onu imzalamağa hazırıq. Biz sülh gündəliyinin bizim prioritetimiz olduğunu söylədik və bunu tez bir zamanda istəyirik ki, mümkün qədər - ilin sonuna qədər, gələn ilin əvvəlində Azərbaycanla sülh müqaviləsi imzalansın”, - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, o, Qranadada sənədin imzalanmasının planlaşdırıldığını elan etmək istərdi, lakin bu, baş tutmayacaq. Eyni zamanda, Baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.