- Sabah “Neftçi” ilə qarşılaşacaqsız. "Böyük oyun"dan nə gözləyirsiz?
- Bilirik ki, çətin oyun olacaq. Premyer Liqanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Buna baxmayaraq, meydana sadəcə, 3 xal qazanmaq üçün çıxacağıq. Bu oyunda favorit yoxdu. Şansları 50-50-yə dəyərləndirərdim.
- "Xəzər Lənkəran"ın çempionatda 7-ci yerdə qərarlaşmasına görə, bu matçı “Böyük oyun” adlandırmayanlar var. Sizcə, onlar haqlıdılar?
- Bu vəziyyətlə bütün komandalar üzləşə bilər. Bütün çempionatlarda belə hallara rast gəlmək olar. Bizim mövqeyimizə görə bu matçı derbi adlandırmayanlar yanılırlar. Biz 7-ci pillədə olsaq da, “Neftçi”ni məğlub etmək istəyirik. Sübut etmək istəyirik ki, XL gücünü itirməyib. Qələbə qazanıb, fanatlarımıza hədiyyə etmək istəyirik.
- Azarkeşlərə qoyulan qadağa sizə təsir edəcək?
- Lənkəranlı azarkeşlər komandanı heç vaxt tək qoymayıblar. Həm pis gündə, həm yaxşı gündə yanımızda olublar. Onların verdiyi dəstək daim bizim üçün vacbdi. Azarkeşlərimiz gücümüzə güc qatırlar. Onların bu oyunda olmaması bizə pis təsir edəcək. Amma biz qələbəmizlə onları sevindirmək fikrindəyik.
- Komandada zədəlilər çoxdu...
- Zədəli futbolçuların olması oyunlarda bizə problem yaradır. Ancaq inanıram ki, “Neftçi”yə qarşı oyunda zədəlilərimizin yerini layiqincə doldruacağıq. Çünki onları əvəzləyəcək futbolçularımız var.
- 3-cü dövrənin startında Lənkəranda baş tutan “Böyük oyun”da qalmaqallı hadisələr baş vermişdi. Bunlar sabahkı oyuna təsir edəcək?
- Derbilərdə həmişə belə hallar yaşanır. Həmin oyunda olanlar artıq keçmişdə qalıb. Həmin hadisələrin sabahkı oyuna təsir edəcəyini düşünmürəm. Meydana çıxıb futbol oynayacağıq.
- Böyükağa Hacıyev 3-cü dövrənin Lənkəranda baş tutan matçından sonra demişdi ki, Bakıda Mustafa Dənizlinin komandasına 5 qol vuracağıq. Onun bu sözləri sizə necə təsir edir?
- Böyükağa müəllimin belə danışması bizim üçün əlavə stimul yaradır. Bu, həm də oyuna marağı artırır. Futbolda hər şey baş verə bilər. Ola bilər ki, Böyükağa müəllimin dediklərinin əksi olsun və biz “Neftçi”yə 5 qol vuraq. İndidən nəsə demək olmaz. Oyun hər şeyi göstərəcək. Çalışacağıq ki, qələbə qazanaq və 3 xalı əldə edək.
Son xəbərlər
Son Xəbərlər