Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"yə 1:0 hesabı ilə məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov qarşılaşmaya belə şərh verib.
"Nodar Məmmədovla Orxan Sadıqlı arasından mübahisə xoşagəlməzdir. Ola bilsin sözləri çəp gəlib. Bu məsələni dəqiqləşdirəcəm. Yəqin ki, səbəb komandanın məğlub durumda olması olub. Epizodları dəqiq tamamlamaq üçün soyuqqanlılıq çatmırdı. Rəqibin ilk zərbəsində qol buraxdıq. Bizim uşaqlar "fair-play"ə görə həmin epizodda dayandı və "Qəbələ" də qol vurdu. Təbii ki, onlar da haqlıdır".
Son xəbərlər
Son Xəbərlər