Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülən jurnalist Cemal Kaşıkçının nişanlısı Hatice Cengiz İngiltərə Premyer Liqasına məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, məktubda ərəblərin “Nyukasl” klubu almaq istəməsindən narahat olduğunu bildirib.
O, həmçinin məktubda EPL rəhbərliyinin bunu əngəlləməli olduqlarını deyib. Hatice Cengiz Səudiyyə Ərəbistan hökumətinin sui-qəsdə qarışdığını bildirərək cinayətkarlardan uzaq olmalarını liqa rəhbərliyindən xahiş edib.
Son xəbərlər
Son Xəbərlər