Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı - Fotolar+Video

Öldürülən qadınların sayı qədər binadan ayaqqabı asıldı
Oxunma sayı: 1492

Türkiyədə qadın cinayətlərinə diqqət çəkmək üçün maraqlı addım atılıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbulun Kabataş ərazisində binalardan birinin fasadına 440 qadın ayaqqabısı düzülüb. Bu ayaqqabılar 2018-ci ildə kişilər tərəfindən öldürülən qadınların sayını ifadə edir. 260 kvadrat metrlik ərazidə 2 divara düzülən ayaqqabılar hər kəsin diqqətini cəlb edib.

Qrafik-dizayner Vahid Tuna tərəfindən hazırlanan layihənin bütün istanbullulara tanıdılacağı, kişilərin zorakılığı nəticəsində dünyasını dəyişən 440 qadının adının xatırlanması məqsədilə ərsəyə gətirirldiyi bildirilib.

Açılış gələn həftə reallaşdırılacaq.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi