Öldürülən rus səfirə görə daha 1 nəfər həbs olundu

oldurulen-rus-sefire-gore-daha-1-nefer-hebs-olundu
Oxunma sayı: 1331

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan cinayət işi çərçivəsində daha 1 nəfər həbs olunub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, suiqəsddə şübhəli bilinən İnformasiya Texnologiyaları və Əlaqə Təşkilatının işçisi həbs olunub. Bununla da həbs olunanların sayı 7-yə yüksəlib.

Xatırladaq ki, A. Karlov 2016-cı il dekabrın 19-da rəsm sərgisi zamanı polis zabiti Mövlüd Mərt Altıntaş tərəfindən qətlə yetirilib.