Ölən atasına mahnı yazdı

olen-atasina-mahni-yazdi
Oxunma sayı: 1648

Bəstəkar və müğənni Hacı Nazim dünyadan köçmüş atasına mahnı həsr edib.

"Qafqazinfo" xəbər verir ki, mahnının bəstəkarı Nazimin özü, söz yazarı Altay Yaşar, aranjimanı isə Fərid İmana məxsusdur:

"Mahnını mərhum atama və onun simasında dünyasını dəyişmiş atalara həsr etmişəm. Altay Yaşara zəng etdim və ona atamın yatdığı xəstəxanada baş vermiş hadisəni danışdım. Atam yalnız mənə baxırdı və nəsə demək istəyirdi. Lakin ürəyindəkilərini deməyə tam zamanı olmadı. Altay da xahişimi nəzərə alıb, mahnı üçün sözlər yazdı. Həmin sözlərə musiqi bəstələdim və oxudum. Artıq necə alındığına dinləyicilər qərar verər".