Ötən ilin noyabrında qəzaya uğrayan təyyarədə “Şapekoense” klubunun ölən futbolçularından beşinin ailəsi məhkəməyə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Fohla de Sao Paulo” qəzetini məlumat yayıb.
Məhkəməyə müraciət edən ailələr təzminat hesablanan zaman futbolçuların qazandıqları mükafatlar və mənəvi zərərin də nəzərə alınmasını istəyiblər.
Məhkəmə dinləmələrinin mayın 22-də keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2016-cı ilin noyabrın 29-da baş verən təyyarə qəzası zamanı göyərtədə olan 77 nəfərdən 6-sı sağ qalıb.
Son xəbərlər
Son Xəbərlər