Ölən kişinin evində oğurluq- - Xaçmazda+Fotolar

olen-kisinin-evinde-ogurluq-
Oxunma sayı: 2001


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki,  Cavanşir Ağakişiyev Xaçmaz şəhərinin Cavanşir küçəsində yaşayıb.

Ailəsi vəfat edən şəxsin cümə axşamını keçirmək üçün onun ata yurdu - Xaçmazın Hacıabdurəhmanoba kəndinə gediblər. Hadisə də bütün ailə üzvləri evdə olmayanda baş verib. 

Evə girən naməlum şəxs və ya şəxslər mərhumun yataq otağından 4500-5000 manat dəyərində qızıl-zinət əşyası oğurlayıb. 

Bu barədə ev sahiblərinə isə pəncərənin açıq olduğunu görən qonşusu zəng edərək məlumat verib. Evlərinin alt-üst edildiyini görən mənzil sahibləri dərhal polisə müraciət ediblər. 

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, oğrunun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, ailə 4 ay öncə toy edərək evə gəlin gətirib. Soyğunçular gəlinin otağını da alt-üst etsələr orada heç nə tapa bilməyiblər. Belə ki, 4 ay gəlin gələn qadın cümə axşamına getdiyi üçün öz zinət əşyalarını atası evinə qoymuş olub.