Türkiyədə baş verən zəlzələdən sonra Adıyamanda dağıntıların təmizlənməsi işləri davam etdirilir.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman çıxarılan avtomobillər evakuatorlarla polisin nəzarəti altında təhlükəsiz ərazilərə aparılır.
Minlərlə avtomobilin düzüldüyü ərazilər isə az qala avtomobil qəbiristanlığını xatırladır. Bununla belə "ölü" maşınlara da göz dikənlər az deyil. Belə ki, yardım bəhanəsi ilə əraziyə gəlib nəqliyyat vasitələrini oğurlamaq istəyənlər də var. Bunların qarşısını almaq məqsədilə isə sahibsiz avtomobillər evakuatorlarla polisin nəzarəti ilə nəzərdə tutulmuş yerlərə aparılır.
Bildirilib ki, maşınlarını geri qaytarmaq istəyən zərərçəkənlər hüquq-mühafizə orqanına zəng etməli və maşın barədə məlumat verməlidirlər. Bundan sonra vətəndaşlar mühafizə pulunu ödəyəərk maşınlarını geri ala bilərlər.
Son xəbərlər
Son Xəbərlər