Ölənlərin sayı 30 mini keçdi

olenlerin-sayi-30-mini-kecdi
Oxunma sayı: 1489

Ötən ilin oktyabrından Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücumlarda minlərlə uşaq və qadın olmaqla ölənlərin sayı 30 035-ə, yaralıların sayı isə 70 457-ə çatıb.