Ölənlərin sayı 74 oldu - Yunanıstan kömək istəyir

olenlerin-sayi-74-oldu
Oxunma sayı: 4760

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 74-ə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Mati kəndi yaxınlığında cəsədləri tapılmış insanlar ölüm anında bir-birlərinə sarılıblar.

Qayıqlar və vertolyotlar vasitəsilə kənd sakinləri evakuasiya olunur. 

Qeyd edək ki, Afinaya yaxın ərazilərdə başlayan yanğını son 10 ilin ən güclü yanğını adlandırırlar. Yunanıstan hökuməti artıq beynəlxalq yardım üçün müraciət ünvanlayıb.