Oleq Bakinskinin qızının toyunda onu döyüb xəstəxanalıq etdilər

oleq-bakinskinin-qizinin-toyunda-onu-doyub-xestexanaliq-etdiler
Oxunma sayı: 3692

Oktyabrın 12-də azərbaycanlı keçmiş kriminal avtoritet, Kiyev Azərbaycanlıları Konqresinin sədri “Oleq Bakinski”nin (Oleq Krapivin) qızının toyunda insident yaşanıb.

“Qafqazinfo”nun “Strana.ua” portalına istinadən verdiyi xəbərə görə, “Nedelya” və “Lvovski” ləqəbli ukraynalı “vor v zakone” Andrey Nedzelskinin tacı əlindən alındıqdan sonra döyülüb və küçəyə atılıb. Hazırda xəstəxanada olan “qanuni oğru”nun vəziyyəti ağır qiymətləndirilir.

“Oleq Bakinski”

Nəşr yazır ki, əslində oğrular cəmiyyətində uzun müddətdir “Nedelya” ilə bağlı xoşagəlməz suallar formalaşıb. Şikayətlərdən biri də onun status və həyat tərzinin “həqiqi oğru”nun meyarları siyahısına uyğun gəlməməsi olub.

Nedzelskinin bundan əvvəl Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələri barədə xəbər yayılsa da, o buna reaksiya verməyib.

“Cinayətkar Rusiya” nəşri yazır ki, “Lvovski” 12 oktyabrda “Fairmont Grand” hotelində keçirdiyi dəbdəbəli toyun ikinci mərtəbədəki otaqlardan birində hazırda həbsdə olan “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanının üzvləri tərəfindən döyülüb.

Münaqişə isə belə başlayıb ki, “Şakro Molodoy”un adamlarından “Yurya Moldovan” (Yuri Yerinyak) “Nedelya”nı “oğrulara qarşı sifarişlər verməkdə” təqsirləndirib. “Nedelya” isə cavab olaraq əlini yelləyib və belə iddiaları “fraer” (cinayət dünyasında jarqon, cinayət aləmi  ilə heç bir əlaqəsi olmayan, cinayət mühitinə yad olan bir adam) adlandırıb.

Yuri Erinyak

Bu zaman “Şakro Molodoy”un toyda iştirak edən qohumları-David Ozmanov (“Dato Krasnodarski”), onun qardaşı oğlu Nodar Aloyan (“Nodar Tbilisskiy”) və Nodari Asoyan (“Nodar Rustavskiy”) və bu sözü təhqir kimi qəbul etdiklərindən tərəflər arasında dava başlayıb. Sonuncu şəxslər Nedzelskini döyərək onun artıq “qanuni oğru” adı daşımadığını bəyan ediblər.