Olimpiadada idmançılar şəkil çəkdirmək üçün maskanı çıxara biləcəklər

olimpiadada-idmancilar-sekil-cekdirmek-ucun-maskani-cixara-bilecekler
Oxunma sayı: 966

Tokio Olimpiadasında fəxri kürsüdə yer alacaq idmançılara mükafatlandırma zamanı tibbi maskanı çıxarmağa icazə veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar qəbul edib.

Qərara əsasən, mükafatlandırma mərasimi zamanı idmançılar 30 saniyəlik tibbi maskanı çıxaracaqlar. Bu addım onların şəkil çəkdirməsi üçün nəzərdə tutulub. Sonra isə tibbi maskadan istifadə mütləqdir.

BOK, həmçinin, gümüş və bürünc medal qazanan idmançıların şəkil çəkdirmək üçün qalibin yanına - fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa icazə verib. Həmin vaxt idmançılar mütləq tibbi maska taxmalıdırlar.