Paris-2024 Yay-Olimpiya Oyunlarında isveçli atlet Arman Düplantis maraqlı hərəkəti ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, şüvüllə hündürlüyə tullanmaqda 6,25 metr yüksəkliklə rekord qırıb və ikinci dəfə Olimpiya çempionu olub. Düplantis qələbəsini Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeçin pozu ilə qeyd edib.
Skandinaviyalı atlet bu hərəkəti ilə atıcıya dəstək nümayiş etdirib.