Yaponiya rəhbərliyi Olimpiya oyunlarının açılış mərasimində yalnızca yüksək vəzifəli şəxslərin, vacib xarici qonaqların, oyunların sponsorlarının nümayəndələrinin və diplomatların iştirak etməsi məsələsini nəzərdən keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Asahi” qəzeti yazıb. Nəşrin məlumatına görə, açılış mərasimində VIP qonaqların sayı əvvəllər nəzərdə tutulan 10 mindən əhəmiyyətli dərəcədə az olacaq.
Bundan əlavə, koronavirus infeksiyasına yoluxma risklərini azaltmaq üçün saat 9-dan sonra baş tutan tədbirlər izləyicisiz keçiriləcək. Digər vaxtlarda isə oyunların baş tutacağı yerlər ümumi həcmin 50%-i qədər tamaşaçı qəbul edəcək.
Bu məqamda xatırladaq ki, daha əvvəl xarici izləyicilərin Olimpiya tədbirlərinə buraxılmayacağı bildirilirdi.
Qeyd edək ki, olimpiyanın keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər iyulun 8-də keçiriləcək danışıqlarda müzakirə olunacaq.
Oyunların açılış mərasimi 23 iyul tarixində baş tutmalıdır.
Son xəbərlər
Son Xəbərlər