Olimpiadanın qalibləri açıqlandı

Olimpiadanın qalibləri açıqlandı
Oxunma sayı: 256

RİTN-dən “Qafqazinfo”ya verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.

İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin “Norbert” komandası 2-ci yerə, Qafqaz Universitetinin “Baku Qafqaz U4” və “Baku Qafqaz U7” komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər.

Qaliblər RİTN tərəfindən təşkil ediləcək 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının (Azerfon və BestComp Group şirkətlərinin) təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi