“Olimpiakos” və “Dinamo”dan qələbə

olimpiakos-ve-dinamodan-qelebe
Oxunma sayı: 1735

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, “Gent” (Belçika) Kiyev “Dinamo”sunu qəbul edib. Üç qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb.

Turnirin 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Norveçin “Molde” klubu isə “Ferentsvaroş”la (Macarıstan) qarşılaşıb. Altı qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. Son oyunda “Omoniya” (Kipr) Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub. Yunanlar doğma meydanda inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunlar
22 sentyabr

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.

Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.

Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0