Olimpiya çempionu intihar etdi

olimpiya-cempionu-intihar-etdi
Oxunma sayı: 2260

ABŞ-ın buzüstü xokkey millisinin sabiq üzvü Mark Paveliç intihar edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı veteran idmançı özünü boğaraq öldürüb.

Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Mark Paveliç 1980-ci ildə ABŞ-da keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.