Alman dalğıc Timo Bartel çinli rəqibləri Lian Junjie və Hao Yanqın Paris Yay Olimpiya Oyunlarına hazırlaşmaq üçün 3 ildir ailələrini görmədiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, o, çinli idmançıların bu hərəkətini böyük fədakarlıq adlandırıb:
“Onlar inanılmaz iş gördülər. Çıxışları qüsursuz idi. Ən yaxşı çıxışımızı göstərsək belə, 6-cı, ya da 7-ci olardıq. Rəqiblərimiz isə sərt rejimin bəhrəsini gördülər. Daha əvvəl bu cür hala şahidlik etməmişəm”.
Qeyd edək ki, çinli idmançılar sinxron üsulla suyatullanma yarışında birinci yeri tutublar.