“Qafqazinfo” komanda.az-a istinadən xəbər verir ki, oliqarxların idmana münasibətindən narazılığını bildirən Tixonov belə durumun yaranmasına görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb:
“Xokkey olimpiadanın əsas idman növüdü. Xokkeydə nəticə mütləq olmalıdı. Rusiyada saysız-hesabsız xokkey klubları var. Bu idman növünə yaxşı maliyyə vəsaiti ayrılır. Amma oliqarxlar qeyri-peşəkar idarəçiliklə xokkeyin inkişafına mane olurlar. Tretyakın yerinə olsaydım, olqarxları güncə yerləşdirərdim.
Tretyak toy generalı olmasa, xokkey inkişaf edər. İdmanı peşəkarlara vermək lazımdı. Neft neftçilərdə, qaz “Qazprom”dadı. Bəs onda niyə bizi - peşəkarları idmandan uzaq salırlar. Bir halda ki, siz idmanı bizdən almısız, onda zəhmət çəkin, medal da verin. Hanı medallar? Hanı xalqın xərclənən sərvətinin hesabatı?
1992-ci ildən bəri xokkeydə qızıl medal qazana bilmirik. Bütün bunlara görə günahkar Vladimir Putindi. O, idman ictimaiyyətini toplayıb, onların mövqeyini niyə öyrənmir? Mən 50 ilimi biatlona həsr etmişəm. Ona görə də neftə, qaza bulaşmaq istəmirəm. Peşəkarlar öz işilə məşğul olmalıdı. İdmanı bizə qaytarın”.
Son xəbərlər
Son Xəbərlər