“Olimpiya mükafatçısına qalib gəlmək yaxşı hissdir” - Hidayət

olimpiya-mukafatcisina-qalib-gelmek-yaxsi-hissdir
Oxunma sayı: 757

İslam Oyunlarının cüdo üzrə yarışların finalında qalib gələn Hidayət Heydərov açıqlama verib.

“Qafqazinfo”ya açıqlama verən çempion komanda yoldaşı Rüstəm Orucova qalib gəlməsindən danışıb.

“Çemponluğu gözləyirdim. Buna köklənmişdim. Şadam ki, qalib gəldim. Olimpiya mükafatçısına qalib gəlmək yaxşı hissdir. Rüstəm məğlubiyyətə pis olmuşdu. Amma bu komanda daxilində heç bir problem yaratmır. Biz peşəkar idmançılarıq. Növbəti hədəfim dünya çempionu olmaqdır. Ora hazırlaşacam. Birinci yeri tutduğum üçün arxayın deyiləm. Bir qızıl medalla arxayınçılıq olmur”.