Olimpiya Oyunları ləğv edilə bilər

olimpiya-oyunlari-legv-edile-biler
Oxunma sayı: 1542

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi də mümkündür.

“Qafqazinfo” Almaniyanın sporza.be saytına istinadən xəbər verir ki, əgər koronavirus pandemiyasına 2021-ci ildə nəzarət etmək mümkün olmasa, yarışlar ləğv ediləcək. Təşkilat komitəsi bu məsələni müzakirə edib.
 
Tokio olimpiadası gələn il iyulun 23-də start götürəcək və avqustun 8-dək davam edəcək.