Olimpiya Oyunları təxirə salına bilər? - Açıqlama

Olimpiya Oyunları təxirə salına bilər?
Oxunma sayı: 2261

Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyada koronavirusa yoluxanların sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, say artmasından sonra Tokio-2020 yarışının təxirə salına biləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Azərbaycan Nümayəndə heyətinin rəhbəri Fərid Mansurov isə verdiyi açıqlamada bunun mümkünlüyündən danışıb:

“Bu qərarı Tokio-2020-nin təşkilat komitəsi verəcək. Düzdür, yoluxma artarsa, bu mümkündür. Amma hazırki vəziyyət normaldır. Olimpiya kəndində hər şey öz axarında davam edir. İdmançılar məşqlərinə gedirlər və qayıdırlar”.