Olimpiya Oyunlarının məşəli təqdim olundu

olimpiya-oyunlarinin-meseli-teqdim-olundu
Oxunma sayı: 1122


“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, Braziliyanın 26 ştatının paytaxtına səfər edəcək məşəlin keçəcəyi marşrut da müəyyən olunub. Ümumilikdə 500 şəhərdən keçməsi nəzərdə tutulan məşəl onların 300-də dayanacaq. Marşrut Olimpiya məşəlini maksimal dərəcədə insanın görməsinə hesablanıb. 2016-cı ilin mayında yola çıxacaq məşəli 100 günlük səfəri ərzində 12 minədək insan daşıyacaq. Onların hər biri təxminən 200 metr yol qət edəcək.

Ənənəyə görə, Yunanıstanda yandırılacaq alov 20 min kilometrə qədər yerüstü və təxminən 10 min mil hava yolu keçəcək.

Xatırladaq ki, 2016-cı il yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək Rio-de-Janeyro və Brazilia şəhərlərində təşkil olunacaq.